Ayətullah İbnur-Rza  vəfat edib

Ayətullah İbnur-Rza vəfat edib

Tanınmış alim, Xansar dini elmi hövzəsinin rektoru Ayətullah Seyid Mehdi İbnur-Rza   vəfat edib. 
 
Maide.Az xəbər verir ki, Ayətullah İbnur-Rza   ötən gün vəfat edib. 
 
Ömrünü Əhli-beyt (ə) maarifini yaymağa sərf edən alim çox sayda tələbə yetişdirib. 
 
Ayətullah İbnur-Rza Qum şəhərində Həzrət Məsumənin (s.ə) hərəmində dəfn olunacaq. Onun dəfn mərasimi bu gün yerli vaxtla saat 16:00-da baş tutacaq. 
 
Həmçinin bazar günü məğrib və işa namazından sonra Qum şəhərinin Əzəm məscidində o alim üçün əza məclisi təşkil olunacaq.  
 
Allah rəhmət eləsin. 

Google+ WhatsApp ok.ru