Çində mədəndə baş verən qəza nəticəsində 8 şaxtaçı ölüb

Çində mədəndə baş verən qəza nəticəsində 8 şaxtaçı ölüb

Çində mədəndə baş verən qəza nəticəsində 8 şaxtaçı ölüb, daha 1-i itkin düşüb.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident Xenan əyalətindəki Linbao şəhərində baş verib.
 
Qəza zamanı mədəndə ümumilikdə 18 fəhlə olub. Ölənlərdən 7-si hadisə yerində, daha 1-i isə xəstəxanada ölüb. Hadisənin səbəbləri araşdırılır. /

Google+ WhatsApp ok.ru