Ayətullah Məkarim Şirazi: `Təkfirçi düşüncə İslam dünyası üçün ən böyük təhdiddir`

Ayətullah Məkarim Şirazi: `Təkfirçi düşüncə İslam dünyası üçün ən böyük təhdiddir`

-- təkfirçilərin yandırdığı atəşin səbəb olduğu xarabalıqları növbəti 50 ildə belə düzəltmək mümkün olmayacaq

Tanınmış alim, müctəhid Ayətullah Məkarim Şirazi Əfqanıstanda təşkil edilən "Radikalizmlə mübarizə yolları" mövzusunda beynəlxalq konfransa videobağlantı ilə qatılıb.
 
Maide.Az  "Parstoday"a istinadən xəbər verir ki, Kabildə keçirilən konfransda İran, Əfqanıstan və Pakistandan sünni və şiə alimlər iştirak ediblər.
 
M.Şirazi videobağlatıda bildirib ki, təkfirçilərin İslam dünyasında yandırdığı atəşin səbəb olduğu xarabalıqları növbəti 50 ildə belə düzəltmək mümkün olmayacaq:
 
"Təkfirçilər sadəcə şiələri deyil, öz mənafelərinə uymayan sünniləri də hədəfə alırlar. Hazırda təkfirçilər İslam ölkələrinin sərhədlərini aşıblar. Onlar artıq dünya üçün təhdiddir və onlarla sadəcə hərbi yolla mübarizə aparmaq mümkün deyil".
 

 

Google+ WhatsApp ok.ru