Ayətullah Xamenei: ABŞ-ın müzakirələrdən məqsədi İranı tərksilah etmək və iqtidarını zəiflətməkdir 26 İyun 2019 14:44 İslam lideri "Bu gün ABŞ mənfur və xəbis siyasət apararaq müharibə, təfriqə ilə başqa dövlət və xalqları qarət edir, şərafətli İran xalqını təhqir və ittiham edir. Lakin İslam Respublikası ABŞ-ın bu çirkin əməlləri qarşısında heç zaman geri çəkilmyəcək." Maide.Az “Leader.ir” saytına istinadla xəbər verir ki, bu sözləri Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei bu gün Ayətullah Şəhid Behiştinin şəhadət ildönümü və Məhkəmə işçilərinin həftəsi münasibətilə Məhkəmə Sisteminin sədri, məsul işçiləri, ölkənin bütün məhkəmələrinin sədrləri ilə görüşündə deyib. Ayətullah Xamenei bildirib ki, ABŞ-ın İrana qarşı olan sanksiyaları zülmün bariz nümunəsidir. "Bütün bunlara baxmayaraq biz Allahın lütfüylə möhkəm dağ kimi onların qarşısında dayanıb və qətiyyətlə hərəkət etməyə davam edirik". ABŞ-ın müzakirə təklifinə münasibət bildirən Ali Rəhbər qeyd edib ki, bu hiylədən başqa bir şey deyil. "Düşmən təzyiq və sanksiyalarla hədəfinə çata bilmədiyi üçün "müzakirə"yə əl atır. Onlar İran xalqını sadəlöv hesab edir. "İran xalqı inkişaf etməlidir" kimi sözlər deyirlər. Əlbəttə biz inkişaf edirik, edəcəyik də amma siz olmadan. Bu şərtlərlə bizə yaxınlaşmayın.” Müzakirələrin əsas məqsədinin İranı tərksilah etmək və iqtidarını zəiflətmək olduğunu vurğulayan Ayətullah Xamenei bildirib ki, düşmən bizim güclənməmizdən qorxur. “Buna görə İrandan silah və iqtidiarı müzakirə yolu ilə almaq istəyir ki, başına istədiyi oyunu gətirsin. Müzakirələrdə onun sözlərini qəbul etsəniz, millətin atasın yandıracaqlar, qəbul etməsəniz İran əleyhinə təbliğat və təzyiqlər davam edəcək" Ayətullah Xamenei ABŞ-ın insan haqlarını sadəcə bir vasitə olaraq istifadə etdiyini bildirib. "Siz 300 günahsız sərnişini səmada öldürüldünüz, Səudiyyə Ərəbistanının yardımı ilə Yəməndə cinayətlərin törədiniz və indi insan haqlarından danışırsınız?." Teqlər : #Ayətullah,#Xamenei:,#ABŞın,#müzakirələrdən,#məqsədi,#İranı,#tərksilah,#etmək,#və,#iqtidarını,#zəiflətməkdir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ali Rəhbər Məhkəmə Sisteminin sədri və rəsmiləri ilə görüşüb - FOTO Ayətullah Xamenei Həcc mərasiminin təşkilatçıları və məsul rəsmiləri ilə görüşüb - FOTO
Ali Rəhbər ölkənin bir qrup istehsalçısı, iqtisadi və sənaye müəssisə rəhbərləri və işçilərini qəbul edib
Ali Rəhbərin iştirakı ilə Peyğəmbərin (s) vəfatı və İmam Həsənin (ə) şəhadət ildönümünə həsr edilmiş mərasim keçirildi - FOTO
Ali Rəhbər: İranın şimal-qərbində baş verən hadisələr əcnəbi orduların bu ölkələrə müdaxiləsinin qarşısı alınmaqla həll olunmalıdır
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvəndin ikinci dozası vurulub - FOTO
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvənd vurulub - FOTO/VIDEO - YENİLƏNİB