Ayətullah Xamenei: Gənc nəsil inkişafı davam etdirməlidir

Ayətullah Xamenei: Gənc nəsil inkişafı davam etdirməlidir

Xəbər verdiyimiz kimi, Ali Rəhbər  Ayətullah Seyid Əli Xamenei  bu gün səhər gənc elm xadimləri, yerli və beynəlxalq elmi olimpiada və müsabiqələrin qalibləri ilə görüşüb. 
 
Maide.Az “leader.ir” saytına istinadla xəbər verir ki, görüşdə 100 –dən çox gənc  iştirak edib. 
 
Görüşdə çıxış edən Ayətullah  Xamenei gənclərin ən mühüm vəzifəsinin sürətlə irəliləyən elmi uğurları davam etdirmək olduğunu bildirib. 
 
Ayətullah Xamenei böyük müvəffəqiyyətlərə imza atan gəncləri təqdir edib: “Ölkə üçün faydalı olan elmi tərəqqi, inqilabçı dünyagörüşü və İslami yanaşma ilə mümkündür. Seçilmiş gənclər, elm və texnologiyanın sərhədlərinə çatmağı və bu istiqamətdə irəliləməyi böyük bir məqsəd olaraq təyin etməlidir”.
 
Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei daha sonra belə deyib: “İslam İnqilabının qələbəsindən etibarən, xüsusilə son 20 ildə elmi və texnoloji sahələrdə aparılan bütün fəaliyyətlərə baxmayaraq, hələ bir çox sahədə geri qalırıq. Seçilmiş gənclərin ən mühüm vəzifəsi sürətli şəkildə irəliləyərək, elmi sahədəki uğurları davam etdirməkdir”.
 
Gənclərin çox çalışaraq və problemləri aşaraq, öz imkanlarını inkişaf etdirməli olduğunu vurğulayan Ali Rəhbər, belə deyib: “Poroblemlər ziyalı gəncləri naümid etməməlidir.  Çünki naümid olmaq bir zəhərdir. Əgər öncəki nəsillər naümid olub dayansaydılar indi biz elə o dövrdə qalardıq lakin indi öncəki nəsil gənclərin  bərəkətindəndir ki, ölkədə belə şərait yaranıb. Ziyalı gənclər aşkar və heç çəkinmədən durub sözlərini deyə bilirlər”. 
 
Gənclər əldə etdiyi medalları Ayətullah Xameneiyə hədiyyə ediblər. 

Google+ WhatsApp ok.ru