Ayətullah Xamenei İraq və Livanda baş verən hadisələrə münasibət bildirib 30 Oktyabr 2019 14:38 İslam lideri “Düşmənlərin bir ölkə vura biləcəyi ən böyük zərbə budur ki, həmin ölkənin sabitliyini əlindən alsınlar. Bu gün bu işi bəzi bölgə ölkələrində başladıblar və sabitliyi pozurlar.” Maide.Az “Leader.ir” saytına istinadla xəbər verir ki, bunu bu gün İran Silahlı Qüvvələrinin Hərbi Təlim Mərkəzində çıxışı zamanı Ali Rəhbər Ayətullah Xamenei İraq və Livanda baş verən hadisələrə münasibət bildirərkən deyib. O deyib ki, dünyada hamıdan çox ABŞ və Qərb ölkələrinin xüsusi xidmət orqanları bölgənin yolunu azmış bəzi ölkələrinin maliyə dəstəyi ilə gərginliklər yaradırlar. “Bu bir xalqın əleyhinə edilmiş ən pis və qorxulu düşmənçilikdir. İraq və Livana can yandıranlara tövsiyə edirəm proritet olaraq sabitliyi təmin etsinlər. Ölkə xalqlarının tələbləri haqdır. Lakin bilsinlər ki, tələblər qanun çərçivəsində yerinə yetirilməlidir. Bir ölkədə qanun strutkturu dağılarsa heç bir iş görmək olmaz. Bir ölkədə boşluq yaranarsa heç bir müsbət addım atmaq olmaz.” Düşmənlər bizim ölkə üçün də belə planlar cızmışdı,lakin sevindirici haldır ki, xalqın vaxtında meydana çıxması ilə onların planı pozuldu. Teqlər : #Ayətullah,#Xamenei,#İraq,#və,#Livanda,#baş,#verən,#hadisələrə,#münasibət,#bildirib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ayətullah Xameneyi - Rəbiül-əvvəl ayı ... Ayətullah Xamenei ABŞ–ın danışıqlar siyasətinin məqsədlərini açıqladı
Ali Rəhbər ölkənin bir qrup istehsalçısı, iqtisadi və sənaye müəssisə rəhbərləri və işçilərini qəbul edib
Ali Rəhbərin iştirakı ilə Peyğəmbərin (s) vəfatı və İmam Həsənin (ə) şəhadət ildönümünə həsr edilmiş mərasim keçirildi - FOTO
Ali Rəhbər: İranın şimal-qərbində baş verən hadisələr əcnəbi orduların bu ölkələrə müdaxiləsinin qarşısı alınmaqla həll olunmalıdır
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvəndin ikinci dozası vurulub - FOTO
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvənd vurulub - FOTO/VIDEO - YENİLƏNİB