Ayətullah Xamenei 3 min 500-dən çox məhbusu əfv etdi 14 Noyabr 2019 14:27 İslam lideri Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei sonuncu peyğəmbər Məhəmməd Mustafanın (s) və İmam Cəfər Sadiqin (ə) mübarək mövludları münasibətilə həbsdə olan 3552 nəfərin əfv olunması barədə fərman imzalayıb. AP Maide.Az “Leader.ir” saytına istinadən xəbər verir ki, əfv olunanlar siyasi və mülki məhbuslar, həmçinin hərbi cinayətlərə görə həbs edilmiş şəxslərdir. İranın Məhkəmə Sisteminin rəhbəri İbrahim Rəisi Allahın Rəsulı Həzrət Məhəmməd Peyğəmbər (s) və İmam Cəfər Sadiqin (ə) mübarək mövludları ilə əlaqədar olaraq, Ayətullah Xameneiyə məktubla müraciət edib. Məktubda 3552 məhbusun əfv edilməsi xahiş olunur. Ali Rəhbər həmin məhbusların əfv olunması barədə fərman imzalayıb. Qeyd edək ki, noyabr ayının 15-i Allahın Rəsulı Həzrət Məhəmməd Peyğəmbər (s) və İmam Cəfər Sadiqin (ə) mübarək mövlud günüdür. Teqlər : #Ayətullah,#Xamenei,#min,#500dən,#çox,#məhbusu,#əfv,#etdi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ayətullah Xamenei ABŞ–ın danışıqlar siyasətinin məqsədlərini açıqladı Ali Rəhbər İslami Vəhdət Konfransında iştirak edən qonaqlarla görüşüb - FOTO
Ayətullah Xamenei: Ərbəin yürüşü hər gün keçdikcə daha da beynəlxalq səviyyədə tanınacaq və genişlənəcək
Ayətullah Xamenei müqəddəs İmam Rza (ə) məqbərəsinin toz alma mərasimində iştirak etdi - FOTO- YENİLƏNİB