Ayətullah Xamenei başsağlığı verib

Ayətullah Xamenei başsağlığı verib

 
Ali Rəhbər Ayətullah  Seyyid Əli Xamenei  dəyərli alim ayətullah Hacı Seyid Əbülfəzl  Mirməhəmmədinin  vəfatı münasibətilə başsağlığı verib.
 
Maide.Az “leader.ir” saytına istinadən xəbər verir ki, Ali Rəhbər Ayətullah Xameneinin başsağlığı mesajında bildirilir:
 
 "İnna lillah və inna ileyhi raciun" "Mərhəmətli və Bağışlayan Allahın adı ilə! Pərhizkar alim  Ayətullah  Hacı Seyid Əbülfəzl Mirməhəmmədinin vəfatı xəbərini dərin hüzn və kədərlə aldım.  Bu dəyərli alimin vəfatı münasibətilə yaxınlarına, şagirdlərinə,  sevənlərinə başsağlığı deyirəm.  Bu dəyərli alim  özünün bərəkətli ömürünü təqva və nəfslə mübarizədə keçirdib. İslam Respublikası dövründə də xidmətlər  göstərib.  Xobreqan Məclisinə  uzun illər nümayəndə olmaq,  Məhkəmə Ali Şurasında üzvlik,  və bir çox digər məsuliyyətlərdə çalışıb.   Uca Yaradandan onun üçün ən yüksək dərəcələri verməsini diləyirəm!"
 
Qeyd edək ki, həmçinin Ayətullah Xamenei tərəfindən  mərhum Hacı Seyid Əbülfəzl Mirməhəmmədinin vəfatı münasibətilə bu gün axşam Həzrət Məsumənin (ə) hərəmində İmam Xomeyni adına eyvanda  əza məclisi təşkil olunacaq. 
 
Xatırladaq ki, Ayətullah  Mirməhəmmədi ötən gün 96 yaşında vəfat edib. 
 

Google+ WhatsApp ok.ru