Ayətullah Xamenei: Namazla canımızı çirkinliklərdən təmizləyək 12 Dekabr 2019 13:20 İslam lideri "Böyük ilahi nemətlər arasında heç kimin saya bilmədiyi nemətlər var, bu nemətlər düşüncə sahiblərini təccübləndirir və təccüb doğuracaq nemətlərin ən füsunkarlarından biri namazdır." Maide.Az "Leader.ir" saytına istinadən xəbər verir ki, bu sözlər Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei bu gün Qorqan şəhərində keçirilən XXVIII Ümumrespublika Namaz Konfransına ünvanladığı müraciətdə yer alıb. Ali Rəhbər Ayətullah Xameneinin müraciətində bildirilir: "Namazın zikr və hərəkətlərinin tərkibi, vacib və müstəhəb namazların vaxtlarının tərtibi, namazda diqqətli olmağa, qəlb iştirakına, onu məsciddə qılmağa və camaat namazının bərpasına təkid, namazda təmizliyə – həm bədənin, həm libasın, həm də qəlb və ruhun qüsl və dəstəmaz vasitəsilə paklığına riayət, dünyanın hər hansı bir nöqtəsindən mərkəzi bir ocağa – müqəddəs Kəbəyə doğru üz tutmağın vacibliyi və bu əvəzsiz vacib əməlin dəqiq və dərinmənalı nöqtələri və incəlikləri insanı bu ilahi fenomenin müqabilində mat qoyur. Allah bu böyük neməti bizə hədiyyə etmişdir ki, onunla canımızı çirkinliklərdən təmizləyək, günahlardan uzaqlaşdıraq, öz camiəmizdə bəşəri əlaqələri mənəviləşdirək və beləcə, sevinc, şadlıq və ruhi-psixoloji sağlamlıq bəxş edək. Bu hədiyyə vacib olub ki, camiə ən azından bu üstünlüklərdən məhrum qalmasın. Bu ağır, eyni zamanda, minimum xərc və vaxt tələb edən ilahi hədiyyəyə görə daim şükür etməliyik. Möhtərəm iştirakçılar! Biz bu vacib şükrün icrasında ya səhlənkarıq, ya da təqsirkar. Bu istiqamətdə çoxlu iş görmək olar. Ümid edirəm ki, mübariz alim Cənab Höccətül-İslam Qəraəti bu haqda hamıya lazımi mətləbləri aşılayacaq!" Seyid Əli Xamenei Teqlər : #ayətullahxamenei,#namaz,#allah,#alirəhbər,#ali,#rəhbər,#əlixamenei, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ayətullah Xamenei İranda baş verən son hadisələrdə həbs olunanlarla bağlı göstəriş verdi Ayətullah Xameneinin tvitterdə Həzrət İsa Məsihin (ə) təvəllüdü münasibətilə təbriki
Ali Rəhbər ölkənin bir qrup istehsalçısı, iqtisadi və sənaye müəssisə rəhbərləri və işçilərini qəbul edib
Ali Rəhbərin iştirakı ilə Peyğəmbərin (s) vəfatı və İmam Həsənin (ə) şəhadət ildönümünə həsr edilmiş mərasim keçirildi - FOTO
Ali Rəhbər: İranın şimal-qərbində baş verən hadisələr əcnəbi orduların bu ölkələrə müdaxiləsinin qarşısı alınmaqla həll olunmalıdır
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvəndin ikinci dozası vurulub - FOTO
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvənd vurulub - FOTO/VIDEO - YENİLƏNİB