Ayətullah Xamenei: ‘Mən nəfəs ala bilmirəm’ şüarı  ABŞ-ın zülmünə məruz qalmış bütün xalqların ürək sözüdür

Ayətullah Xamenei: ‘Mən nəfəs ala bilmirəm’ şüarı ABŞ-ın zülmünə məruz qalmış bütün xalqların ürək sözüdür

Ali Rəhbər Ayətullah Xamenei  Corc Floydun polis tərəfindən öldürülməsinə münasibət bildirib. 
 
Maide.Az xəbər verir ki,  Ali Rəhbər Ayətullah Xamenei  İmam Xomeyninin vəfatının ildönümü münasibətilə  çıxışı zamanı bildirib ki,  ABŞ-dakı  bu günki durum  yeni bir şey deyil, indiyə kimi gizlətdikləri  həqiqətlərin aşkarlanmasıdır. 
 
“Amerikalı bir polisin  ayağını  qaradərili bir insanın boynuna sıxması və onu öldürməsi  yeni bir şey deyil. ABŞ indiyə kimi bütün dünya xalqlarına qarşı bu işi görürdü.  “Mən nəfəs ala bilmirəm” şüarı  ABŞ-ın zülmünə məruz qalan bütün xalqların ürək sözüdür”. 
 
Allahın lütfü ilə ABŞ dünyada rüsvay olub deyən Ali Rəhbər bildirib ki, ABŞ-da koronavirusla bağlı zəif idarəetmə bu ölkədə yoluxma və ölüm sayının digər ölkələrdən daha çox olmasına səbəb oldu. "Xalqı öldürürlər və üzr istəmirlər, hələ insan haqları ilə bağlı da dil uzadırlar. Orada öldürülən qaradərili zahirdə insan deyildi! Amerika xalqı başıaşağılıq və xəcalət hissi yaşayır. Bu gün Amerika xalqı utanır. Ölkə daxilində olanlar və xaricdəki bəzi iranlılar, ABŞ-ı qorumaq və zinətləndirmək üçün iş gördülər, artıq bu vəziyyətdə başlarını qaldıra bilmirlər". 
 

Google+ WhatsApp ok.ru