Bakıda 120 mindən çox bina söküləcək - YENİLƏNİB

Bakıda 120 mindən çox bina söküləcək - YENİLƏNİB

Baş Planda nəzərdə tutulan işlərin icrasına toplam investisiyalar 284 mlrd. manat təşkil edəcək
 
Bakı Dövlət Layihə İnstitutunun hazırladığı Bakı şəhərinin ərazisindən istifadə və zonalaşdırma planında (Baş Plan) nəzərdə tutulub. 
 
Plana görə, 2035-ci ilədək paytaxtda 121 919 bina köçürülməyə məruz qalacaq. Binaların köçürülməsi səbəbləri sırasında yolların yenidən qurulması, dövlət əhəmiyyətli obyektlərin tikintisi, yaşayış ərazilərinin yenidən qurulması və s. göstərilir. 
 
Bundan başqa, 2035-ci ilədək Bakıda mehmanxanaların tutumunun (nömrə) 60 min, ilk peşə və orta ixtisas təhsili müəssisələrinin 81 ədəd, ali təhsil müəssisələrinin sayının 51 ədəd olacağı proqnozlaşdırılır. (report) 
 
***
2035-ci ilədək Bakının mənzil fondunun sahəsi 97,78 milyon kvadrat metr təşkil edəcək. Bakı ərazisinin zonalaşdırılması və istifadəsi planında nəzərdə tutulub
 
Plana əsasən, həmin müddətədək adambaşına düşən yaşayış sahəsi 25 faiz artacaq.
 
Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov jurnalistlərə bildirib ki, bu planla əlaqədar olaraq Bakıda 122 minə yaxın bina söküləcək və ya yeri dəyişdiriləcək.
 
O qeyd edib ki, binaların sökülməsi bütün şəhər ərazisində həyata keçiriləcək: "Bunun bir neçə səbəbi var - yaşayış binalarının yenidən tikintisi, yolların tikintisi və bərpası, dövlət əhəmiyyətli obyektlərin tikintisi və digər səbəblər". (Trend)
 

 

Google+ WhatsApp ok.ru