Ayətullah Xamenei Fələstin intifadasına dəstək üzrə VI beynəlxalq konfransında çıxış edib - YENİLƏNİB - FOTO

Ayətullah Xamenei Fələstin intifadasına dəstək üzrə VI beynəlxalq konfransında çıxış edib - YENİLƏNİB - FOTO

11:24
Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei Tehranda keçirilən Fələstin intifadasına dəstək üzrə VI beynəlxalq konfransında çıxış edib.
 
 
*** 
Tehranda dünyanın müxtəlif ölkələrindən nümayəndə heyətlərinin iştirakı ilə Fələstin intifadasına dəstək üzrə VI beynəlxalq konfrans öz işinə başlayıb. 
 
Maide.Az xəbər verir ki, İran parlamentinin tədqiqat mərkəzinin sədri, Fələstin intifadasına dəstək konfransının sözcüsü Kazim Cəlali deyib ki, iki günlük konfransda dünyanın 80 ölkəsindən 700 xarici qonaq iştirak edir. 
 
Onun sözlərinə görə, konfransda parlament nümayəndələri, gənclər, QHT-lər və müqavimət hərəkatının üzvlərinin iştirakı ilə komitələr təşkil olunub və orada müxtəlif məsələlər müzakirə ediləcək. 
 
Qeyd edək ki, "Hamı Birlikdə Fələstinə Dəstək" şüarı ilə keçirilən konfransın açılışında İran prezidenti Həsən Ruhani, parlamentin sədri Əli Laricani və məhkəmə hakimiyyətinin sədri Ayətullah Sadiq Amuli Laricani, nazirlər, müxtəlif təşkilatların rəhbərləri və yüksək səviyyəli hərbi rəsmilər iştirak edib.
 
Xəbər yenilənəcək... 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru