Ayətullah İsa Qasimin səhhəti normallaşıb 12 Dekabr 2017 02:00 Dünya -- Onun həyatı üçün təhlükə sovuşub Ayətullah İsa Qasimin səhhəti normallaşıb Maide.Az “İqna”-a istinadən xəbər verir ki, bunu Bəhreyn şiələrinin rəhbəri Ayətullah Şeyx İsa Qasimin İrandakı nümayəndəsi Şeyx Abdullah Daqqaq deyib. A.Daqqaq deyib ki, Şeyx Qasimin əməliyyatdan sonra vəziyyəti normallaşıb. “O xəstəxanadan buraxılıb və Manamanın Diraz bölgəsindəki evinə aparılıb. Ali Xəlifə rejimi Şeyx İsa Qasimi yenidən ev dustaqlığında və mühasirədə saxlayır”. A.Daqqaq Ayətullah İsa Qasimin ev dustaqlığına son qoyulmasının zəruriliyindən danışıb və deyib ki, onun mühasirədə və ev dustaqlığında saxlanılması səhhətindəki problemləri çoxaldır. Qeyd edək ki, Bəhreyn Beynəlxalq xəstəxanasında Şeyx İsa Qasimin müalicəsini 10 həkim aparırdı və indi onun həyatı üçün təhlükə sovuşub. Teqlər : #Ayətullah İsa Qasimin səhhəti normallaşıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Özbəkistanda ilk islami online radio fəaliyyətə başlayıb Rus əsgəri Suriyanı tərk etməyə başladı - Şoyqu
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO