Azərbaycanda qatar gəncin qolunu kəsdi

Tovuz rayonu ərazisində bədbəxt hadisə baş verib. Maide.az Kəpəz TV-yə istinadən xəbər verir ki, hadisə bu gün gecə saatlarında Qovlar şəhərində baş verib. Belə ki, şəhər sakini 29 yaşlı Babək Hüseynov dəmiryolu keçidini keçmək istəyərkən qatar onu vurub. Hadisə zamanı ağır bədən xəsarətləri alan zərərçəkən Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlər onun sağ qolunu və sol əlinin 4 barmağını abutasiya edib. Babək Hüseynovun vəziyyəti ağırlaşdığından o, Gəncə şəhər TTYX-nin travmatologiya şöbəsinə göndərilib.
 
Şahin Quliyev, travmatoloq: "Gecə saat 4 radələrində Tovuz Mərkəzi Rayon Xəstəxanasından göndəriş vərəqəsi olmadan qohumlarının köməkliyi ilə ağır vəziyyətdə xəstə gətirilib. Babək Hüseynovun vəziyyəti nəzərə alınaraq o, birbaşa reanimasiya şöbəsinə yerləşdirilib və müvafiq tədbirlər görülüb".
 
Zərərçəkən Babək Hüseynovun anası bildirib ki, o, qatar yolunu keçmək istəyərəkən sərxoş olub.
 
Zərərçəkənin anası: "Oğlum qatar yolunu keçmək istəyəndə sərxoş olub, ayağı büdrəyib və yıxılıb. Gələn qatar da qolunun birini kəsib".
 
Hazırda aidiyyəti qurumlar qatarın 29 yaşlı gənci hansı şəraitdə vurmasını araşdırır.

Google+ WhatsApp ok.ru