Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində yanğın başlayıb

Yanğının Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan hissəsinə keçmə təhlükəsi var

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində yanğın başlayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova  bildirib ki, yanğın bu gün saat 13 radələrində işğal altındakı Ağdərə rayonunun İncə çay ərazisindəki neytral zonada naməlum səbəbdən meydana gəlib.

Yanğının yaxınlıqdakı Goranboyun Yeni Hacıkənd Meşəbəyiliyinin 9 saylı dolayına keçməsinin qarşısının alınması məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının əməkdaşları, o cümlədən Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi hadisə yerinə cəlb olunub.

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. apa /

 

Google+ WhatsApp ok.ru