Azərbaycanda iki aylıq körpəni oğurlayan qadının görüntüləri yayılıb

Azərbaycanda uşaq oğurlayan qadının görüntüləri yayılıb.
 
Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, 2 aylıq körpəsi oğurlayan qadının görüntüləri təhlükəsizlik kameralarına düşüb. Sarı saçlı, kök bədən quruluşlu qadın ananı aldadaraq uşağı götürüb və hadisə yerindən uzaqlaşıb.
 
Görüntülərdəki sarı saçlı qadını tanıyanlardan (018) 654-02-02, (070) 510-22-50 nömrəli telefonlara məlumat vermələri xahiş olunur. Məlumat verən şəxsin anonimliyi təmin olunacaq.
Qeyd edək ki, Azərbaycanda uşaq oğurluğu faktı qeydə alınıb.
APA-nın məlumatına görə, hadisə avqustun 13-də Sumqayıt şəhərində baş verib.
Sumqayıt şəhəri, 29-cu kvartal, ev 11/16, mənzil 30 ünvanında yaşayan Aysel Əhmədovanın 2 aylıq körpəsi naməlum şəraitdə oğurlanıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları məlumatlandırılıb.
Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya faktı təsdiqləyərək, bildirilib ki, daxil olan məlumat əsasında ananın izahatı alınıb.
Hazırda uşağın tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Google+ WhatsApp ok.ru