Azərbaycan A-400M hərbi nəqliyyat təyyarəsi almaq istəyir

Azərbaycan A-400M «Atlas» hərbi nəqliyyat təyyarəsinin alınması imkanlarını nəzərdən keçirir.
 
Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib.
 
Azərbaycan tərəfi bu təyyarənin təqdimatında iştirak edib və imkanlarını bəyənib.
 
Hazırda mövcud potensialın qiymətləndirilməsi və satınalma imkanları dəyərləndirilir.
 
«Airbus Military» şirkəti tərəfindən istehsal edilən «Atlas» təyyarəsi 4 ədəd turboprop mühərrikə sahibdir.
 
Təyyarənin heyəti 3-4 nəfər (2 pilot), uzunluğu 43,8 metr, qanad açıqlığı 42,4 metr, maksimum qalxma ağırlığı 130 ton, sürəti 780 km/saat təşkil edir. 

Google+ WhatsApp ok.ru