Erməni nazir Petrosyanın meyidini zorla alacaqlarını bildirib 15 Avqust 2014 01:00 Hərb Ermənistan müdafiə naziri Seyran Ohanyan Azərbaycan əsirliyində ölən erməni diversant Karen Petrosyanın meyidindən danışıb. ANS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, müdafiə naziri Beynəlxalq Qızıl Xaç Komitəsilə ilə meyidin qaytarılmasına dair əməkdaşlıq etdiklərini açıqlayıb. O, bildirib ki, meyidi ya dəyişəcəklər, ya da zorla alacaqlar. Qeyd edək ki, avqustun 7-də Tovuz rayonunun ərazisində ermənilərin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Düşmən qrupunun zərərsizləşdirilməsi istiqamətində görülən tədbirlər nəticəsində dəstənin 4 üzvü məhv edilmiş, daha bir üzvü, Berd rayonunun Çinari kənd sakini, 1989-ci il təvəllüdlü Karen Petrosyan isə əsgərlərimiz tərəfindən ələ keçirilmişdi. Avqustun 8-də səhər saatlarında dəstənin ələ keçirilmiş üzvü Karen Petrosyan qəflətən naməlum səbəbdən dünyasını dəyişib. Teqlər : #Erməni nazir Petrosyanın meyidini zorla alacaqlarını bildirib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Karen Petrosyanın ölümü ilə əlaqədar Ermənistanda cinayət işi açılıb Azərbaycan A-400M hərbi nəqliyyat təyyarəsi almaq istəyir
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'