Azərbaycan yeni sərnişin avtobusları əldə edəcək 18 Avqust 2014 01:00 Ölkə Sərnişin daşımalarını yüksək səviyyədə təmin etmək üçün cari ilin payızında Bakıya bir neçə yüz sərnişin avtobusu gətiriləcək. Bunu cümə günü Trend-ə Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov paytaxtın avtobus parkının yenilənməsi zərurəti haqqında suala cavab verərkən deyib. Onun sözlərinə görə, yeni avtobuslar gətirildikdən sonra texniki cəhətdən köhnəlmiş nəqliyyat vasitələrini əvəzləmək imkanı olacaq. N.Həsənov qeyd edib ki, avtobus parkının yenilənməsi üzrə işlər davam edir və artıq payızda bir neçə yüz avtobusun gətiriləcəyi gözlənilir: "Onlar texniki baxımdan qənaətbəxş vəziyyətdə olmayan avtobuslarla əvəz ediləcəklər". Qeyd edək ki, hazırda Bakıda 2 mindən çox avtobus fəaliyyət göstərir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2014-cü ilin yanvar-iyun aylarında Azərbaycana təqribən 8 milyon manat dəyərində 167 avtobus idxal edilib./ Teqlər : #Azərbaycan yeni sərnişin avtobusları əldə edəcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycan Nəqliyyat Nazirliyi: “Vahid kart sisteminin tətbiqi mümkün olmayacaq` `İstanbul Əhəd` məscidinə qumbaratandan atəş açıldı (Video)