Azərbaycanda ev quşları kütləvi tələf oldu

Quba rayon baytarlıq idarəsinin nümayəndələri həmin quşlarından qan analizləri götürüblər

Qubanın Qarapan kəndində ev quşlarının kütləvi tələf olması baş verib.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, ən çox zərər kəndin iki sakininə dəyib. Onların 90-na yaxına ev quşu məhv olub. Sakin Sürət Məmmədovanın 45 hind quşu 35 toyuğu məhv olub.

Ev quşlarının kütləvi tələf olmasına səbəb yaxınlıqda əkin sahəsinə səpilən dərman səbəb olub. Sürət Məmmədova ona dəymiş maddi ziyanı tələb edir.

Hadisə yerinə gələn Quba rayon baytarlıq idarəsinin nümayəndələri də tələf olan ev quşlarından qan analizləri götürüblər. /

Google+ WhatsApp ok.ru