Azərbaycan qızılı Ermənistan büdcəsinə ildə 73,5 milyon dollar qazandırır

Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ problemi çözülmədikcə, işğal altındakı torpaqlarımızın bütün növdən olan təbii sərvətləri ermənilərin himayə etdiyi xarici şirkətlər tərəfindən talan olunaraq, ərazidən daşınır. Heç də səbəbsiz deyil ki, Ermənistan qızıl ixracına görə dünyada öncül yerlərdən birini tutur. Halbuki, Ermənistan hökuməti öz əraisindəki qızıl mədənlərindən, qızıl çıxarılmasına qəti qadağa qoyub. Qızıl istehsalı yalnız Azərbaycanın işğal olunmuş ərazilərindəki ehtiyatı 155 ton olan Zod, Mehridərə, Tərtərçay, Kəlbəcər, Mərcanlı, Səfi-Binə, Lic  və digər mədənlərindən çıxarılıb Ermənistana daşınır.

Ermənistanın “Hetq” jurnalının 10 aprel 2014-cü il sayında məlumat verilir ki, Ermənistanın qızıl ixracı 2009-cu ilə nisbətən 1,5 ton artıb.

Abidələri Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq  İsmayılov Modern.az saytına bildirib ki, Ermənistan 2011-ci ildən etibarən stabil olaraq hər il 2,5 ton qızıl satır.

“2013-cü ildə bu rəqəm Ermənistanın tarixində rekord həddə yəni 2,7 tona çatıb. Qızılın hər kiloqramı 27,2 min dollar hesab etsək, onda Ermənistanın qızıldan gələn illik gəliri 73,5 milyon dollar təşkil edir.

Dəqiq rəqəmlər göstərilməsə də, statistik məlumatlara görə, Ermənistan eyni zamanda qızıl tozu da ixrac edir. Mütəxəsislərin rəyinə görə, qızıl tozunun tərkibi 70% qızıl, 30% isə gümüşdən ibarətdir.  

Azərbaycan ərazilərindən Ermənistanın Ararat qızıl emalı fabrikinə daşınıb orada emal olunan qızıl filizlərinin əsas ixracatçısı "GeoProMining Gold"   şirkətidir.  Şirkətin istehsal etdiyi qızılın 90%-i Kanadaya ixrac edilir və Britaniyanın “Johnson Matthey” şirkəti tərəfindən London birjası vasitəsi ilə satışa çıxarılır.
"GeoProMining Gold"  Səhmdar Cəmiyyəti Cayman adasında fəaliyyət göstərən  "Frast Daytsi Arm.Lim Mines" şirkəti vasitəsi ilə Ermənistandan ixrac olunan qızıl tozunu o qədər də böyük olmayan partiyalarla Türkiyə və İtaliya dövlətlərinə satır.

Bütün bunlar Ermənistan tərəfindən təsdiq edilən statistik məlumatlardır. Ermənistanın qızıl maqnatları və oliqarxları tərəfindən qara bazara çıxarılan qızılın çəkisi təqribən rəsmi qaydada istehsal olunan rəqəmlərə bərabərdir.  Hər kəsə məlumdur ki, 2000 – 2008-ci illərdə erməni qızıl maqnatları dəfələrlə Rusiyanın Maqadan ərazisindən qeyri-qanuni yollarla əldə etdikləri qızılı, böyük partiyalarla Ermənistana apararkən Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən ifşa olunublar. Bu baxımdan erməni qızıl maqnatları üçün nəzarətsiz qalan işğal altındakı Azərbaycan əraziləri olduqca sərfəli və təhlükəsizdir”.

20  ildir Azərbaycan qızılı Ermənistanın büdcəsinə ilə 73,5 milyon dollar gəlir gətirir. /

 

Google+ WhatsApp ok.ru