Bəhreyn Parlamentinə 14 şiə daxil oldu

İslamazeri-nin “ islamreview.ru” saytına istinadən verdiyi xəbərə görə,  Bəhreyndə Parlamanet Palatasının keçirdiyi seçkilərdə 14 şiə secici siyahısında yer alıb.

Qeyd edək ki, iştrakçıların seçkilərdə sayı 30% təşkil etdiyinə görə, şiə seçiciləri parlamentin aşağı palatasında yer alıblar. Parlamentçilərin çoxu  isə ənənəyə sadiq olaraq sünni olaraq qalıb. Əhalisinin əksəriyyətini  şiələr təşkil etdiyi bu ölkədə  baş verən bu hadisə isə camaat arasında narazılıq doğurub və onlar haqqlarının pozulduğunu bildiriblər.

Xatırladaq ki, ölkədə  dövlət rəsmiləri sünni məzhəbli müsəlmanlar hesab olunur.

Bəhreynin Milli Vifaq Cəmiyyəti parlament seçkilərinin 7-ci dövründə bu ölkə xalqının iştirakının zəif olduğunu bildirib.

Maide.az-ın məlumatına görə, Bəreyndə fəaliyyət göstərən bu müxalif cəmiyyət  bəyanat yayaraq qeyd edib :"Ali Xəlifə rejiminin bəhreynli vətəndaşlarını təhdid etməsinə rəğmən parlament seçkilərində bu ölkə vətəndaşlarının təkcə 30 faizi iştirak edib."

Bəhreyndə siyasi qurumlar xüsusilə də Milli Vifaq Cəmiyyəti seçkiləri boykot edərək xalqdan istəmişdilər ki, ölkədə siyasi sosial və təhlükəsizlik vəziyyətinin optimallaşmamasını gördükləri üçün bu seçkilərdə iştirak etməsinlər.  

Qeyd edək ki, Bəhreynin parlament və bələdiyyə seçkiləri 2014-cü il 22 noyabr tarixində keçirilib. /

 

Google+ WhatsApp ok.ru