Azərbaycanda dəm qazından zəhərlənən 17 nəfər xəstəxanaya yerləşdirilib

Ötən ay Azərbaycanda 32 nəfər dəm qazından zəhərlənmə ilə bağlı Klinik Tibbi Mərkəzə müraciət edib.
 
Səhiyyə Nazirliyi Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov APA-ya açıqlamasında deyib ki, onlardan 17-si xəstəxanaya yerləşdirilib, qalanları evə buraxılıb.
 
Onun sözlərinə görə, dəm qazından zəhərlənən 32 nəfərdən 4-ü uşaqdır. Qalan 28 nəfərdən isə 19-u qadın, 9-u kişidir. Zəhərlənmələrdən ölüm halı qeydə alınmayıb.
 
A.Maqsudov qeyd edib ki, ötən illə müqayisədə bu il dəm qazından zəhərlənmələrin sayı azdır: "Ötən ilin müvafiq dövründə müraciətlər daha çox idi".

Google+ WhatsApp ok.ru