Bakı məktəbində partlayış vahiməsi

Bu gün səhər saatlarında paytaxtda orta məktəbdə partlayış təhlükəsi yaranıb.
 
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə "Gənclik" metrosu yaxınlığındakı 20 saylı məktəbin şagirdlərinin təhsil aldığı binadə baş verib.
 
Belə ki, məktəbdə kəskin qaz iyi hiss olunub. Hadisə yerinə yanğınsöndürənlər, təcili yardım həkimləri və xilasedicilər cəlb olunub.
 
Şagirdlər binadan evakuasiya edilib. Bütün təhlükəsizlik tədbirləri görülüb.
 
Hazırda yaranmış problemin aradan qaldırılması istiqamətində işlər aparılır.

Google+ WhatsApp ok.ru