Azərbaycanda məktəb direktoru özünü güllələdi

Goranboyda dəhşətli intihar hadisəsi baş verib. 
 
Bu gün Goranboy rayon Dəlməmmədli şəhərində fəaliyyət göstərən uşaq musiqi məktəbinin direktoru özünü güllələyib. Bu barədə məlumatı Goranboy RİH başçısının köməkçisi Fuad Əliyev təsdiqləyib. O, bildirib ki, 1945-ci il təvəllüdlü Məmişov Yolçu Məmiş oğlu borcu olduğu üçün özünə qəsd edib. 
 
Onun yazdığı məktub isə polis tərəfindən araşdırılır. Hazırda hadisə yerində Goranboy rayon Polis şöbəsinin əməkdaşları araşdırma aparır. Hadisəni araşdırdıqdan sonra ətraflı məlumat verəcəyik. (AzNews)
 

Google+ WhatsApp ok.ru