Bakıda yol polisini təhqir edən şəxs kimin nəvəsidir? - VİDEO

Bakıda yol polisinə qarşı xuliqanlıq edən "Porsche" sürücüsünün kimliyi bəlli olub. Maide.az milli.az-a istinadən məlumatına görə, ötən gün İstiqlaliyyət küçəsində yol polisinə qarşı təhqiramiz rəftar edən şəxsin şair, dramaturq və tərcüməçi Əliağa Kürçaylının nəvəsi olması məlum olub. Onun da adı babasının adı kimi Əliağa Kürçaylıdır. Nəvə Əliağa Kürçaylı idarə etdiyi "90 KF 155" dövlət nömrə nişanlı avtomobilinin fotolarını özünün sosial şəbəkədəki profilində də yerləşdirib. 
Xatırladaq ki, ötən gün Bakının mərkəzində "Porsche" sürücüsünün yol polisinə qarşı etdiyi hərəkət hər kəsi şoka salıb. Hadisə yerində olan əməkdaşının məlumatına görə, yol polisi İstiqlaliyyət küçəsində yolu bağlayan zaman 90 KF 155 dövlət nömrə nişanlı "Porsche Cayenne" markalı avtomobilin sürücüsü onun əmrinə tabe olmayıb.Yol polisi serjantı maşının qarşısında dayansa da, sürücü maşını arxaya verərək polisin üzərinə sürüb. Sonradan bu hərəkətini təkrarlayaraq polisi vurub kənara tullayıb və avtomobilini sürüb gedib. Hadisə zamanı yol polisi serjantı ayağından xəsarət alıb. 

Google+ WhatsApp ok.ru