Azərbaycan Müdafiə Nazirliyi: Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi 44 dəfə pozulub

Ötən gün cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 44 dəfə pozulub.
 
Maide.az-ın Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbərinə görə, erməni silahlı bölmələri Ermənistan Respublikasının İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərindən Ağstafa rayonunun Köhnəqışlaq kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
 
Goranboy rayonunun Gülüstan, Tərtər rayonunun Çiləbürt, Göyarx, Qızıl Oba, Ağdam rayonunun Yusifcanlı, Cəvahirli, Şıxlar, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Qaraxanbəyli, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Xocavənd və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
 
Düşmən cavab atəşi ilə susdurulub.

Google+ WhatsApp ok.ru