Obamanın yeni müdafiə naziri məlum olub

Maide.az xəbər verir ki, ABŞ prezidenti Barak Obamanın müdafiə naziri postuna Eşton Karteri namizəd göstərəcəyi bildirilir.
 
Demokratlardan olan Eşton Karteri 1954-cü ilin sentyabr ayının 24-də Pensilvaniyada anadan olub. Fizika elmləri doktoru olan Karterin 11 kitabı və 100-dən artıq məqaləsi var. O həmçinin 2011-2013-cü illərdə müdafiə nazirinin müavini vəzifəsində çalışmışdır. 
 
Məlumat üçün bildiririk ki, İŞİD ilə mübarizədə Obama ilə fikir ayrılığı olan Çak Heygelin başqa yolu qalmamış və o keçən ayın 24-də öz vəzifəsindən istefa vermişdir.

Google+ WhatsApp ok.ru