Azərbaycan daha 26 ölkə ilə hərbi saziş imzalamağa hazırlaşır 16 Yanvar 2015 02:00 Hərb Azərbaycan hazırda 26 ölkə ilə hərbi saziş və memorandumların imzalanmasına dair müzakirələr aparır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin beynəlxalq təşkilatlarla və xarici dövlətlərlə hərbi sahədə ikitərəfli və çoxtərəfli əsasda əməkdaşlığı ildən-ilə inkişaf edir və genişlənir. Azərbaycan Respublikası dünyanın 34 ölkəsi ilə hərbi əlaqələrin normativ-hüquqi bazasını təşkil edən saziş və memorandumlar imzalayıb. Hazırda daha 26 ölkə ilə analoji müqavilə sənədlərinin imzalanması müzakirə edilir. Hazırda Türkiyə, ABŞ, Almaniya, Böyük Britaniya, İtaliya, Pakistan, Çin, Rusiya, Ukrayna, Belarus, Moldova, Polşa, İsrail, Rumıniya, Bolqarıstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Estoniya, Gürcüstan, Özbəkistan, Tacikistan, Türkmənistan, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Bəhreyn, Qətər, Belçika, Fransa, Çexiya, Slovakiya, Macarıstan, Sloveniya, Serbiya, Xorvatiya, İsveçrə, Koreya Respublikası və s. ilə ikitərəfli əsasda hərbi əməkdaşlıq həyata keçirilir. Bundan əlavə, Bakıda yerləşən xarici ölkələrin səfirlikləri və hərbi attaşelik aparatları, həmçinin bir sıra beynəlxalq təşkilatlarla hərbi məsələlərlə bağlı əlaqələr genişləndirilərək davam etdirilir./ Teqlər : #Azərbaycan daha 26 ölkə ilə hərbi saziş imzalamağa hazırlaşır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ermənistan atəşkəsi pozmaqda davam edir Cəbhədə gecə gərgin keçib
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'