Ermənistan atəşkəsi pozmaqda davam edir 16 Yanvar 2015 02:00 Hərb Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 51 dəfə pozulub. Müdafiə Nazirliyindən Maide.az-a verilən məlumata əsasən, erməni silahlı bölmələri Ermənistan Respublikasının İcevan rayonunun Vazaşen kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli və Hacıalılı kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar. Tərtər rayonunun Göyarx, Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Şuraabad, Kəngərli, Cəvahirli, Mərzili, Novruzlu, Şirvanlı, Sarıcalı, Baş Qərvənd, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub. Teqlər : #Ermənistan atəşkəsi pozmaqda davam edir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Rusiya 2015-ci ilini `hərbi həmlə ili` elan edib Azərbaycan daha 26 ölkə ilə hərbi saziş imzalamağa hazırlaşır
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'