Azərbaycan sərhədində partlayış- Video

Azərbaycan-Gürcüstan sərhədində güclü yanğın hadisəsi baş verib.


Maide.az  xəbər verir ki, hadisə şahidlərinin ans press-ə verdiyi məlumata görə, yanğın "Qırmızı körpü"nün yaxınlığında baş verib.

Belə ki, “Ford” markalı mikroavtobus qəfildən yanmağa başlayıb. Hadisə şahidlərinin bildirdiyinə görə, maşının alışdığını görən şərnişinlər vaxtında salonu tərk ediblər. Bu səbəbdən güclu yanğın olmasına rəğmən heç kim xəsarət almayıb. Yanan avtomobil partlayıb və tamamilə yararsız hala düşüb.

İlkin ehtimala görə, yanğın qısaqapanma nəticəsində baş verib. Faktla bağlı araşdırmalara başlanıb

Hadisə yerinə yanğınsöndürən maşınlar cəlb olunub. Yanğını 10 dəqiqə sonra söndürmək mümkün olub. /

Google+ WhatsApp ok.ru