Qubada ağır qəza - yol polisi rəisinin qardaşı öldü

Bu gün Bakı-Quba Rusiya Federasiyası dövlət sərhədi yolunun 142-ci km-də, magistralın Günəşli kəndi ərazisindən ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, 1957-ci il təvəllüdlü Nəsirov Əliyulla Nəsir oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomaşınla yük maşını toqquşub. Qəza nəticəsində “VAZ 2107”-nin sürücüsü dünyasını dəyişib, bir nəfər müxtəlif xəsarətlərlə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, hadisədə dünyasını dəyişən şəxs Şəki Şəhər-Rayon Polis İdarəsinin Dövlət Yol Polis Bölməsinin rəisi Nəsrəddin Nəsirovun qardaşıdır.
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar davam etdirilir. /

 

Google+ WhatsApp ok.ru