Azərbaycanlılar ayağa qalxdı

Dərbənddə yaşayan azərbaycanlılar yanvarın 31-də mitinq keçirmək üçün Dağıstan Respublikasının Ədliyyə Nazirliyinə müraciət edib.
 
Yerli qaynaqlardan verilən məlumata görə, mitinqin keçirilməsində məqsəd şəhər rəhbərliyinin siyasətinə etirazdır.
 
Mərkəzi meydanda təşkil olunacağı gözlənilən mitinqdə 1500-dən artıq azərbaycanlının iştirakı gözlənilir.
 
Bildirək ki, Dərbənddə yaşayan azərbaycanlılar şəhər meri, milliyətcə ləzgi olan İmam Yaraliyevin milli ayrı-seçkiliyinə etiraz edir. Bu şəxsin bir müddət öncə Nizami Gəncəvinin heykəlinin yandırılmasında və azərbaycanlılara məxsus ziyarətgahın dağıdılmasında əli olduğu deyilir.Axar.az

Google+ WhatsApp ok.ru