Gümrü fəallarına cinayət işi açıldı

Ermənistan istintaq komitəsi Gümrü şəhərində baş verən etirazlara görə cinayət işi açıb.

ANS PRESS-in məlumatına görə, bu barədə məlumatı Novosti Armeniya saytı yayıb.

Xəbərdə qeyd olunur ki, cinayət işi müvafiq olaraq 258 “xuliqanlıq” və 316 “dövlət nümayəndələrinə güc tətbiq etmə” maddələri üzrə açılıb.

Xatırladaq ki, 14 və 15 yanvar tarixində Ermənistanın Gümrü şəhərində kütləvi etiraz aksiyaları keçirilib. Aksiyaçıların tələbi hakimiyyətin erməni ailənin 6 üzvünün öldürülməsində günahlandırılan 102-ci Rusiya bazasının əsgəri Valeriy Permyakovu vətəninə qaytarmaması olub.

Qeyd edək ki, 12 yanvar tarixində Valeri Permyakov hərbi hissəni özbaşına tərk edərək silahla şəhərə gedib və evlərində yatan Avenisyan ailəsinin 2 yaşlı uşaq olmaqla 6 üzvünü qətlə yetirib. Sağ qalan 6 aylıq uşaq sinəsində süngü yaraları ilə xəstəxanaya yerləşdirilib. Onun üzərində cərrahiyə əməliyyatı keçirilib. /

 

Google+ WhatsApp ok.ru