Azərbaycanın tanınmış politoloqu Zəfər Quliyev vəfat etdi

Tanınmış politoloq Zəfər Quliyev bu gün səhər saatlarında ürəktutmasından Tiflisdə vəfat edib.  Bu barədə Musavat.com-a Z.Quliyevin çalışdığı Minval.az saytının təsisçisi Rauf Arifoğlu xəbər verib. 
 
Baş redaktorun sözlərinə görə, ürək damarlarında tıxanıqlıq olması səbəbindən rahatsız olan Zəfər Quliyev Tiflisə yola salınmışdı: "Orada onun ürəyinə stend yerləşdirilməliydi. Ancaq Tiflisdə həkimlər onun ürəyində açıq əməliyyat keçirməyin vacib olduğunu bildirib, tövsiyə ediblər ki, dərhal əməliyyat olunsun. Zəfər Quliyev tərəddüd edib. Dostları israr etsələr də o, belə bir əməliyyatın bir müddət sonra keçirilməsini istəyib. Bu səbəbdən gərginlik yaşayan politoloq gecə səhərə qədər yata bilməyib və səhər saatlarına fənalaşıb. Onu təcili çəkildə xəstəxanaya çatdırsalar da, həkimlərin səyinə baxmayaraq Zəfər Quliyevin həyatını xilas etmək mümkün olmayıb. 
 
Qeyd edək ki, 62 yaşlı Zəfər Quliyev ölkənin tanınmış politoloqlarından və ictimai-siyasi xadimlərindən biriydi. 

Google+ WhatsApp ok.ru