Azərbaycanda bir gündə 77 cinayət

Fevralın 4-də respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınan 77 cinayət faktından 34-nün üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 11 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublikanın avtomobil yollarında qeydə alınan 3 yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18 fakt müəyyən edilib.
Cinayət törətdiyinə görə 37 nəfər tutulub.
 

Google+ WhatsApp ok.ru