Rusiyada daha bir azərbaycanlının başı dərddə

Rusiyada azərbaycanlı kişi qaçırılıb. Adı açıqlanmayan Azərbaycan vətəndaşını Moskva ətrafında onun biznesmen qardaşından pul almaq istəyən naməlum şəxslər qaçırıblar. Hadisə yanvarın 26-da baş verib. Lakin 10 günə yaxın girovluqda qalan şəxs möcüə nəticəsində özü xilas ola bilib. 
 
Adı bilinməyən azərbaycanlı bir necə gün "Porsche Cayenne" markalı maşının yanında bir necə şübhəli gənc görüb. Lakin o buna ciddi fikir verməyib. Bu hadisədən sonra isə öz evinin qarşısından oğurlanıb. 
 
Lakin yanvar ayının 26-da səhər işə gedərkən gənclərdən biri ona sənəd göstərib, digər ikisi isə döyərək maşına salıblar. Bir saatdan sonra maşını dəyişərək yola davam ediblər. Qaçırılan şəxsin başında kisə olduğu üçün o ətrafı görə bilməyib. 
 
Qapalı məkana gətirilən azərbaycanlı danışıqlardan başa düşüb ki, tanımadığı gənclər restoran və ərzaq mağazası sahibi olan qardaşından onun azad edilməsi üçün külli miqdarda pul tələb etmək niyyətində olublar. Söhbət 3 milyon dollardan gedib. 
 
Lakin cinayətkarlar istəklərinə nail ola bilməyiblər. Belə ki, bir gün kişi onu qaçıranlardan qollarını bərk sıxmamağı xahiş edib. daha sonra isə qandalın radiatora bağlanmadığını görüb. Naməlum şəxslərin başının qarışıq olmasından istifadə edən şəxs pəncərədən çıxaraq qaçıb və qarşısına çıxan ilk şəxsdən kömək istəyərək polisə məlumat verib. 
 
Hadisə yerinə gələn polis öz maşınları ilə qaçmağa çalışan iki şübhəlini saxlaya bilib. Üçüncü şəxs isə əməliyyatla tutulub. 
 
Qeyd edək ki, adı açıqlanmayan qurban 20 il öncə də qaçırılıb. O, zaman işadamı olan qardaşı məsələyə polisi qatmayıb və külli miqdarda pul ödəmişdi.

Google+ WhatsApp ok.ru