Azərbaycan MN: Cəbhədə düşmən komandiri məhv edildi 11 Fevral 2015 02:00 Hərb Düşmən qoşunların təmas xəttində Silahlı Qüvvələrimizin bölmələrinin mövqelərinə hücuma keçməyə cəhd göstərib. Şəxsi heyətin sayıqlığı, düşmənin yaxınlaşmasının əvvəlcədən aşkar edilməsi, görülən qabaqlayıcı tədbirlər nəticəsində 2 kəşfiyyat-təxribat qrupunun qarşısı qətiyyətlə alınıb. Bu barədə Maide.az-a Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilir ki, təxribat zamanı Ermənistan tərəfinin xüsusi təyinatlı dəstəsinin komandiri, zabit Tiqran Simonyan da daxil olmaqla bir neçə əsgəri məhv edilib. Düşmən tərəfdən xeyli sayda yaralı var. Müdafiə Nazirliyi bildirir ki, Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib və cəbhə xəttində vəziyyətə tam nəzarət edir. Teqlər : #Azərbaycan MN: Cəbhədə düşmən komandiri məhv edildi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Erməni əsir-diversant Azərbaycan vətəndaşı olmaq istəyir Azərbaycan ordusu döyüşə hazırlaşır – VİDEO
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'