Azərbaycanlı iş adamı Donetskdə itkin düşüb 23 Fevral 2015 02:00 Dünya Ukraynanın Donetsk şəhərində keçmiş azərbaycanlı məmur, iş adamı itkin düşüb. Donetsk vilayəti Azərbaycanlılar Konqresinin sədr müavini, vilayətin Krasnoarmeysk şəhəri Azərbaycanlılar Cəmiyyətinin sədri Şahin Bəylərov APA-ya bildirib ki, itkin düşən şəxs Ukrayna vətəndaşı, əslən Gürcüstandan olan azərbaycanlı, 55 yaşlı Füzuli Məmmədovdur. Bir həftədən artıqdır, itkin düşən və indiyə qədər barəsində heç bir məlumat olmayan Füzuli Məmmədov Donetsk şəhəri ətrafında iri fermer təsərrüfatına malik olub və bir müddət əvvələ qədər vilayətin kənd təsərrüfatı sistemində yüksək vəzifələr tutub. Yaxınları onun itkin düşməsi ilə bağlı müvafiq dövlət qurumlarını məlumatlandırıblar. Teqlər : #Azərbaycanlı iş adamı Donetskdə itkin düşüb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru “Çiçəklənən Ermənistan” Partiyası parlamentin iclaslarını boykot edəcək İsrail rejimi Beytyllahimdəki Fələstinlilərə hücum edib
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO