“Çiçəklənən Ermənistan” Partiyası parlamentin iclaslarını boykot edəcək

Ermənistan parlamentinin ikinci böyük fraksiyası olan “Çiçəklənən Ermənistan” Partiyası parlamentin bu həftə (23-26 fevral tarixlərində) keçiriləcək iclaslarını boykot edəcəyini açıqlayıb. APA-nın “news.am”a istinadən verdiyi məlumata görə, fraksiyanın katibi Naira Zöhrabyan bu qərarı ölkədə yaranmış daxili siyasi vəziyyətlə əlaqələndirib: “Yaxın günlərdə fraksiya aydın izahatla çıxış edəcək və sonrakı addımlarını ictimaiyyətə açıqlayacaq”. 
 
Partiyanın parlament fraksiyasını tərk edənlərin sayı isə artır. Artıq “Çiçəklənən Ermənistan” fraksiyasında təmsil olunan deputatlar David Koçaryan, Araqats Axoyan, Arutyun Karaqezyan, Karo Karapetyan, Qriqori Markaryan müstəqil fəaliyyət göstərəcəklərini bildiriblər.
 
Digər müxalif qüvvə - Erməni Milli Konqresi isə martın 1-nə mitinq təyin edib. 

Google+ WhatsApp ok.ru