Azərbaycanlının 1 milyonluq maşını müsadirə olundu - FOTO 13 Mart 2015 02:00 Dünya Belarusun Homel vilayətinin iqtisadi məhkəməsi Türkiyədə yaşayan Azərbaycan vətəndaşına məxsus “Rolls-Royce” avtomobilini müsadirə edib. ANS-in məlumatına görə, yenisi İstanbulda təxminən 1 milyon dollara satılan avtomobilin sahibi özü Türkiyəyə təyyarə ilə uçub və “Rolls-Royce” avtomobilini isə Rusiyadan nəqletmə şirkəti ilə yola salıb. Avtomobil 19 fevral 2015-ci il tarixdə "Novaya Quta" gömrük məntəqəsinə yük maşının yedəyində daxil olub. Gömrük məntəqəsi avtomobili daşıyan şirkətin CMR qaiməsinin olmadığını əsas gətirərək 30 baza ölçüsü dəyərində cərimə kəsib və avtmobilin müsadirəsi barədə qərar verib. İş iqtisad məhzkəməsinə verilib. Məhkəmə də Azərbaycan vətəndaşına məxsus “Rolls-Royce”un müsadirə olunması barədə qərarı dəstəkləyib. Sadəcə, nəqliyyat şirkətinin cərimə ilə yanaşı avtombilin dəyəri mislində cəriməni Belarus dövlət büdcəsinə ödənməsini tələb edib. Pul ödənilənə qədər avtomobil Belarusda cərimə meydançasında gözləməlidir. Nəqliyyat şirkətinin vəkili isə Belarus qanunlarının Azərbaycan vətəndaşına şamil edilmədiyini, buna görə də yuxarı insantsiya məhkəməsinə müraciət edəcəklərini bildirib. Teqlər : #Azərbaycanlının 1 milyonluq maşını müsadirə olundu FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İŞİD terrorçularına adam daşıyan Kanada xüsusi xidmət orqanının işçisi imiş Körfəz ölkələri Husilərlə diplomatik əlaqə qurmaq istəyirlər
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO