Körfəz ölkələri Husilərlə diplomatik əlaqə qurmaq istəyirlər

Körfəz Əməkdaşlıq Şurası ölkələri Yəmənin istefa vermiş prezidenti Abdurabbu Mansur Hadini dəstəklədiyini təkrarlayaraq, Yəməndəki bütün qrupları Ər-Riyad dialoqunda iştirak etməyə çağırıb. Körfəz ölkələri xarici işlər nazirləri Husiləri də dialoq üçün Ər-Riyada dəvət edib.
 
Maide.az xəbər verir ki, Körfəz Əməkdaşlıq Ölkələri Xarici İşlər Nazirlərinin 134-cü Toplantısında dünən çıxış edən sessiya sədri Xalid əl-Atiyyə, "Körfəz ölkələrinin sərhədlərini və maraqlarını qorumaq məsələsində əllərində ictimaiyyətinə açıqlanmamış əhəmiyyətli və çəkindirici imkanlar var", - deyib.
 
Atiyyə Husilərin Ər-Riyad dialoquna çağırılmasının səbəbini isə Yəmən xalqının bir parçası olmaları kimi göstərib. O, "dialoq məsələsində səmimi olmaq və Yəmən xalqının bütün tərəflərini çağırmaq lazımdır. Lakin Ər-Riyad dialoquna kim qoşulmasa, gecikmiş olacaq" şəklində danışıb.
 
Digər tərəfdən Husilər Səudiyyə Ərəbistanı sərhədi yaxınlığında hərbi təlimlərə başlayıb. Sözügedən təlim Körfəz ölkələri idarəçiləri tərəfindən təhdid cəhdi hesab edilib. 
 
Xatırladaq ki, Yəməndə başlayan xalq hərəkatından sonra ölkədə inqilab baş verib və prezidentlə baş nazir də daxil olmaqla hökumət istefa verib. Daha sonra isə ölkənin idarəçiliyi yeni yaradılan koalisiyaya həvalə olunub. Hazırda ölkənin Yəmən ordusu və Husilərdən ibarət könüllülər qoruyur. 
 
Ötən ay istefa vermiş prezidetn Yəmənin cənubundakı ədən şəhərinə gedərək, istefasını geri götürdüyünü deyib və prezident olduğunu açıqlayıb.

Google+ WhatsApp ok.ru