Azərbaycan sinoptikləri hansı hava şəraitini vəd edirlər?

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən bildiriblər ki, martın 19-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Gündüz cənub-şərq küləyi əsəcək.
 
Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 2-4 dərəcə, gündüz 7-10 dərəcə isti olacaq.
 
Azərbaycanın rayonlarında martın 19-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman, dağlıq və dağətəyi rayonlarda çiskinli olacağı ehtimalı var. Şərq küləyi əsəcək.
 
Aran rayonlarında havanın temperaturu gecə 0-5 dərəcə, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq.

Google+ WhatsApp ok.ru