Azərbaycanda özəl klinikada ana ölümü baş verib

Bakıda növbəti dəfə ana ölümü hadisəsi baş verib.
 
Trend-in əldə etdiyi məlumata görə, hadisə dünən Bakıdakı özəl klinikalardan birində-“Astoriya” Tibb Mərkəzində baş verib.
 
Bu klinikada 23-24 yaşlı ana uşağı sağ-salamat dünyaya gətirsə də, özü doğuşdan sonra dünyasını dəyişib.
 
“Astoriya” Tibb Mərkəzindən hadisənin olmasını təsdiqləyiblər . Lakin klinikadan hadisə ilə bağlı ətraflı məlumat verməkdən boyun qaçırıblar. /
 

Google+ WhatsApp ok.ru