Bakıda yanğın: yaralılar var

Hadisə nəticəsində xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər
 
Bakıda evdə yanğın olub. Fövqəladə Hallar Nazirliyinin saytının verdiyi məlumata görə, Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsinin bir otağında ev əşyaları 5 kv.m sahədə yanıb və yüksək temperaturdan 1 ədəd televizor əriyib.
 
Yanğın zamanı ev sahibinin oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Təcili Tibbi Yardım Xidməti tərəfindən Yanıq mərkəzinə aparılıb, ev sahibinin həyat yoldaşı yüngül yanıq xəsarəti alıb və ona yerində ilkin tibbi yardım göstərilib.
 
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 11:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb./

Google+ WhatsApp ok.ru