Azərbaycanın da iştirak etdiyi beynəlxalq hərbi təlim yekunlaşır

Türkiyə, Azərbaycan, ABŞ, İspaniya, Macarıstan, Rumıniya Şimali Kipr Türk Respublikası hərbi hava qüvvələrinin iştirakı ilə martın 30-da Konyada başlayan beynəlxalq “İşıq-2015/1” təlimlərinin müşahidə və media turu keçirilib.
 
Maide.az-ın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, təlimlərdə Türkiyənin yerli istehsalı olan ATAK helikopterleri də iştirak edib. Türkiyə Hərbi Hava Qüvvələrinin nümayəndəsi, polkovnik-leytenant Həsən Saffet Çelikəl bildirib ki, bu, ATAK helikopterlərinin iştirak etdiyi ilk beynəlxalq təlimdir. O deyib ki, 2009-cu ildən etibarən davam edən “İşıq” təlimlərində gerçəyə yaxın səviyyədə birgə axtarış-xilasetmə, yaxın hava dəstəyi, dinamik hədəfləmə sınaqdan keçirilir. Bundan başqa, məqsəd digər ssenarilər çərçivəsində birgə hərəkət etmə və təlim səviyyəsinin yüksəldilməsidir.
 
Təlimdə Azərbaycandan dörd ədəd Mi-17 helikopteri və bir xüsusi təyinatlı tağım iştirak edir.
 
Daha sonra mətbuat nümayəndələrinə təlimin görüntülərini əks etdirən kitabçalar paylanıb. Jurnalistlər təlimlər çərçivəsində icra edilməsi planlaşdırılan “Qartal pəncəsi" əməliyyatının atış sahəsinə dəvət olunub, ancaq hava şəraitinin pis olması səbəbindən təlim təxirə salınıb.  
 
Təlimlər aprelin 10-na qədər davam edəcək.

Google+ WhatsApp ok.ru