Azərbaycan və Rusiyanın hərbi gəmiləri Xəzərdə birgə təlimə çıxır 22 May 2015 01:00 Hərb İlk dəfə Xəzər dənizində Azərbaycan və Rusiya gəmilərinin birgə təlimi keçiriləcək. Təlimdə 10-a yaxın gəmi iştirak edəcək. "Trend"-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bunu Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidmətindən bildiriblər. Məlumatda deyilir: “Məsləhətləşmələr zamanı hərbi nümayəndə heyətinin üzvləri 2015-ci ilin sentyabrda Xəzər dənizinin mərkəzi hissəsində “Xəzər dənizində iqtisadi obyektlərin mühafizəsi üzrə birgə əməliyyatlar” mövzusunda təlim keçirmək barədə razılığa gəliblər". Təlimlər zamanı hərbçilər Xəzər flotiliyası və Azərbaycanın gəmilərinin qarşılıqlı fəaliyyəti, Xəzər dənizində gəmiçilik və beynəlxalq dəniz fəaliyyətinin təmin edilməsi, dəniz və hava hədəflərinə birgə artilleriya zərbələrinin həyata keçirilməsi, qəza vəziyyətində olan gəmiyə yardım edilməsi və digər birgə gəmi təlimi məsələlərini öyrənəcəklər. Teqlər : #Azərbaycan və Rusiyanın hərbi gəmiləri Xəzərdə birgə təlimə çıxır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru BQXK-nin nümayəndələri Azərbaycanda saxlanılan erməni kəşfiyyatçıya baş çəkiblər Azərbaycan MN: Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi 71 dəfə pozub
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'