Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Rusiyaya gedib

Azərbaycan müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov MDB üzvü olan dövlətlərin silahlı qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclasında iştirak etmək üçün mayın 26-da Rusiya Federasiyasının Soçi şəhərinə yola düşüb.
 
Maide.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, mayın 27-də keçiriləcək görüşdə nümayəndə heyətlərinin rəhbərləri müdafiə sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

Google+ WhatsApp ok.ru