Azərbaycan daha üç “Stadler” qatarı alacaq

“Stadler Minsk” Belarus-İsveçrə müəssisəsində istehsal edilmiş, Avropa Oyunları zamanı sərnişinləri daşıyacaq iki qatar artıq Bakıdadır. Azərbaycana ümumilikdə 5 qatar çatdırılacaq. Müqavilənin dəyəri 80 milyon avroya yaxındır.   
 
Sifarişçilərin xahişi ilə xüsusi dizaynlı: qızılı, qırmızı və gümüşü elementlərin olduğu ağ qatarlar hazırlanıb. Qatarlarda 80-nin biznes-klass olduğu 400 oturacaq yeri var.  
 
“Stadler Minsk” ASC şirkətinin direktorunun birinci müavini Filipp Brunner üçüncü qatarın hazır olduğunu söyləyib:
 
“Biz indi dinamik sınaqlar aparırıq, bütün sistemləri yoxlayıb, protokolları və açıq qalan sualları bağlayırıq. Sonra isə Azərbaycan yollarının korporativ dizaynını başa çatdıracağıq. Bu il ərzində daha iki qatarı istehsal edib çatdıracağıq. Daha sonra gələcək planlar barədə danışıqlar olacaq”.(oxu.az)

Google+ WhatsApp ok.ru