Azərbaycanda rəsmi işsiz statusu alanların sayı açıqlanıb

Bu il iyunun 1-i vəziyyətinə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4859,8 min nəfər olub, onlardan 4623,4 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil edib.
 
Maide.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu il mayın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1504,7 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət bölməsində 874,7 min nəfər, qeyri-dövlət bölməsində isə 630,0 min nəfər təşkil edib.
 
İqtisadiyyatın neft sektorunda 35,2 min nəfər, qeyri-neft sektorunda isə 1469,5 min nəfər çalışıb. Muzdla işləyənlərin tərkibində qeyri-kənd təsərrüfatı sahəsində əmək fəaliyyəti ilə məşğul olanlar 1460,0 min nəfər təşkil edib. Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 21,8%-i məhsul istehsalı sahələrində, onlardan 6,7%-i tikintidə, 6,5%-i emal sənayesində, 3,0%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 2,3%-i mədənçıxarma sənayesində, 1,7%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində, 1,6%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində məşğul olub.
 
Xidmət sahəsində işləyənlərin 22,5%-i təhsil, 18,9%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,8%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,7%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6%-i nəqliyyat və anbar təsərrüfatı, 3,8%-i istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 3,8%-i peşə, elmi və texniki fəaliyyət, 2,3%-i maliyyə və sığorta fəaliyyəti, 1,7%-i informasiya və rabitə, 1,6%-i inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,5%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,1%-i digər sahələrdə xidmətlərin göstərilməsi və 0,9%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində çalışıblar.
 
Bu il iyun ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 29,3 min nəfər olub, onların 39,0%-ni qadınlar təşkil edib. İşsizliyə görə müavinətin orta məbləği 239,6 manat olub.

Google+ WhatsApp ok.ru